Astara və Xaçmazda meşə yanğınları: “Küləkli hava söndürməyi çətinləşdirir”
07 Mart 2023
Martın 6-da Astara və Xaçmaz rayonlarının ərazisində meşə massivlərində yanğın baş verib.
Pressklub.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə baş vermiş yanğının söndürülməsinə FHN-in, ETSN-in, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər cəlb olunub.
“Havanın küləkli olması və bir sıra istiqamətlərdə relyefin mürəkkəbliyi yanğınlarla mübarizə tədbirlərini çətinləşdirsə də hazırda yanğınların tam söndürülməsi tədbirləri fasiləsiz olaraq davam etdirilir” – məlumatda deyilir.
Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidəki yanğın da FHN-in müvafiq bölmələrinin gördüyü zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.