Arutyunyan məhv edilmək yolunu seçdi: “Azərbaycan bizi xəbərdar edib ki...”
06 Mart 2023
Erməni separatçılarının lideri Arayik Arutyunyan iddia edib ki, Bakı separatçıların inteqrasiyadan imtina edəcəyi təqdirdə onları sərt tədbirlərlə hədələyir.
Pressklub.az erməni KİV-nə istinadla xəbər verir ki, separatçıların lideri deyib fevralın 24-də keçirilən görüşdən danışıb: “Artsax (Qarabağ – red.) nümayəndələri Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi və iştirakı ilə humanitar və infrastruktur məsələlərini müzakirə etmək üçün Azərbaycan tərəfi ilə görüşüb. Daha sonra ikinci görüş barədə razılaşma əldə olunub və bu görüş martın 1-də “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyanın rəhbərliyi ilə baş tutub. Gündəlikdə 4 məsələ olub: Laçın yolunun açılması, Ermənistandan Artsaxa (Qarabağa – red.) elektrik enerjisinin verilməsinin bərpası, təbii qazın fasiləsiz verilməsi və Kaşen (Qızılbulaq – red.) mədəninin işinin bərpası”.
Arutyunyanın sözlərinə görə, ikinci görüş zamanı Azərbaycan nümayəndəsi “inteqrasiya” sözündən istifadə edərək siyasi mövzuları müzakirə etməyə çalışıb: “Lakin cənab Şahramanyan bunun qarşısını alıb və bildirdi ki, siyasi məsələlər müzakirə olunarsa, bu, Azərbaycanın Artsaxın (Qarabağın – red.) müstəqilliyini tanıması mövzusu olmalıdır. O, əlavə edib ki, onların siyasi məsələləri müzakirə etmək səlahiyyəti yoxdur və bu görüşdə belə məsələləri müzakirə edə bilməzlər”.
Arutyunyan iddia edib ki, Azərbaycan tərəfi öz kanalları ilə onlara ya inteqrasiya siyasəti aparacaqlarını, ya da mövcud problemlərin həlli olmayacaq, əksinə, daha sərt və daha kəskin addımlar atılacağını bildirib.
Daha sonra separatçıların lideri inteqrasiya təklifini qəbul etmədiklərini bəyan edib: “Biz qəbul etmədik, qəbul etmirik və bu gün bir daha demək istəyirəm ki, bu, təkcə Təhlükəsizlik Şurasının qərarı deyil, həm də xalqımızın böyük əksəriyyətinin qərarıdır ki, biz “müstəqillik” və özünüidarəetmə yolumuzdan dönməyəcəyik. Bu isə o deməkdir ki, yaxın gələcəkdə qarşımıza müxtəlif vəziyyətlər çıxacaq ki, biz onları aradan qaldırmalıyıq. Bizim seçimimiz var: ya seçdiyimiz mübarizəni davam etdirməliyik, ya da cəmiyyətdə elə bir fikir yaranıbsa ki, Azərbaycanın təqdim etdiyi təklifi qəbul etməliyik, o zaman insanların öz vətəndaş hüquqları çərçivəsində sözünü deməyə imkanı var: seçdiyimiz yol səhvdir, bu əhval-ruhiyyəni rəsmiləşdirmək üçün ölkədə yeni hökumət qura bilərlər. Amma biz mübarizə yolunu seçdiyimizə görə, ilk növbədə, sizdən xahiş edirəm ki, bizim qərarımıza hörmətlə yanaşasınız və bu kimi hallara reaksiya verməyin, daxili siyasi çalarlara yol verməyin”.