Logo
news content
User
Kateqoriyalar

Xəbər

Arayik Arutyunyan Cenevrəyə necə və niyə gedib? – FOTO

Qarabağdakı ermənilərin lideri Arayik Arutyunyan Avropadadır. 

Buna qədər ancaq Moskvaya səfərlər edən Arutunyan bu dəfə Avropanın göbəyində, İsveçrənin Cenevrə şəhərində ailəlikcə istirahət edərkən kameralara tuş gəlib.

Hər yerdə özünü Qarabağdakı ermənilərin xilaskarı kimi təqdim edən Arayik İsveçrəyə hansı statusla getdiyi məlum deyil.

Məlum olan odur ki, istər Ermənistanda, istərsə də Qarabağda sadə ermənilərin pis vəziyyətdə olduğu, sosial problemlərin məngənəsində boğulduğu bir vaxtda Arutyunyanın Cenevrə səfəri xeyli təəccüb doğurur.

Əslinə baxsan Arayikin bu hərəkəti heç də təəccüblü deyil. O da digər erməni siyasətçiləri kimi özlərini xalqın cəfakeşi və xilaskarı kimi göstərsə də mahiyyətcə korrupsioner bir məmurdur.

Arutyunyanın xaricdəki erməni diasporundan, “Hayastan” fondundan və digər mənbələrdən Qarabağdakı ermənilərə ünvanlanan yardımları necə mənimsədiyi heç kimə sirr deyil.