Logo
news content
User
Kateqoriyalar

Xəbər

Apellyasiya məhkəməsi Trampın tətbiq etdiyi tarifləri bərpa edib

ABŞ Federal Apellyasiya Məhkəməsi Prezident Donald Tramp tərəfindən tətbiq olunan yeni gömrük rüsumlarının bloklanması ilə bağlı qərarın icrasını müvəqqəti dayandırıb.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məhkəmə qeyd edib ki, ABŞ Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsinin mayın 28-də çıxardığı qərar prezidentin səlahiyyətlərinə müdaxilədir və diplomatik fəaliyyətə zərər vurur.

Qeyd edək ki, sözügedən federal məhkəmə Trampın idxal rüsumlarının tətbiqinə dair qərarını prezident səlahiyyətlərinin aşılması kimi qiymətləndirərək onun icrasını dayandırmışdı.