Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə 8 Noyabr prospektində, "Gənclik Park"ın qarşısında qeydə alınıb.

Tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobil digər "Hyundai" ilə toqquşaraq aşıb. Nəticədə aşan avtomobil yol kənarında olan "Kia Soul" markalı avtomobilə çırpılıb.

Nəticədə 1 nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.