Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Antikorrupsiya” idarəsindən növbəti əməliyyatı - Tutulan var

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində Sabirabad RİH-in Memarlıq və Tikinti şöbəsinin müdiri Qasımov Müşviq Vidadi oğlu saxlanılıb. Onun hansı faktla bağlı saxlanılması hələlik məlum deyil.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, son aylarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir sıra rayonda oxşar əməliyyatlar həyata keçirib, bir çox vəzifəli şəxs saxlanılıb. (Qafqazinfo)