Logo
news content
User
Kateqoriyalar

Xəbər

Angela Merkel Fransaya sonuncu rəsmi səfərə gəlib



Allmaniya kansleri Angela Merkel Fransaya vida səfərinə gəlib.

APA-nın “20 Minutes” saytına istinadla xəbərinə görə, kansleri Fransa prezidenti Emmanuel Makron və birinci xanım qarşılayıb. Səfər yeri kimi paytaxt Paris deyil, Burqundiya regionundakı Bon şəhəri seçilib.

Səfər çərçivəsində kansler 1993-cü ildə Helmut Kol və Fransua Miteranın iştirakı ilə 63-cü Almaniya-Fransa zirvə görüşünün keçirildiyi binaya da baş çəkib. Burada Merkelə Fəxri Legion ordeninin ən yüksək dərəcəsi təqdim edilib.

Qeyd edək ki, Fransanın ən ali fərqlənmə dərəcəsi ilə daha əvvəl Almaniya kanslerləri Konrad Adenauer, Villi Brand, Helmut Kol və Gerhard Şröder təltif ediliblər.