Logo
news content
User
Kateqoriyalar

Xəbər

ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

Bu barədə agentlikdən bildirilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat üçün bildirir ki, 2022-ci il 17 iyun tarixində Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə, Vəliyev Ruhin Sultan oğlunun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. O, rayon xəstəxanasına yerləşdirilib. Hal-hazırda yaralının vəziyyəti stabildir.

Cəbrayıl Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.