Logo
news content
User
Kateqoriyalar

Xəbər

Amerikalı konqresmendən Azərbaycana qarşı növbəti hücum - Aktivlərin müsadirəsi tələb edilir

ABŞ konqresmeni Adam Şiff yenidən Azərbaycan əleyhinə fəaliyyətə başlayıb. Pressklub.az-ın məlumatına görə, konqresmen Azərbaycan aktivlərinin müsadirə edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.

Şiffin təqdim etdiyi ikipartiyalı qanun layihəsində deyilir:

▪️Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə institutlarından bu aktivlər barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat vermələrii tələb edilsin. Prezident, qanunun qəbul edildiyi gündən 60 gün müddətində bu aktivlərlə bağlı əməliyyatları bloklamalı, bloklandığı gündən 90 gün ərzində isə onları müsadirə etməlidir.
▪️Müsadirə edilmiş Azərbaycan aktivlərini alacaq “Artsax gəlirlərinin bərpası Fondu” yaradılsın və sonra bu vəsait Azərbaycanın “hərbi hücumu nəticəsində Artsaxdan didərgin düşmüş, əmlaklarından, bizneslərindən və iş yerlərindən əldə etdikləri gəlirlərə görə kompensasiya almaq hüququ olanlar” üçün istifadə edilsin.
▪️"Artsaxa" hərbi hücumda iştirak edən və ya dəstəkləyən yüksək rütbəli Azərbaycan məmurlarına və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq edilsin və onların ABŞ-dakı şəxsi aktivləri müsadirə edilsin. 
▪️Köçkün ermənilərə Fonddan kompensasiya almaq üçün müraciət etməkdən ötrü sadələşdirilmiş prosedur yaradılsın.

Qanun layihəsi Nümayəndələr Palatasının aşağıdakı üzvləri tərəfindən dəstəklənib:

Frank Pallone (Demokrat - Cersi), Anna Eshoo (Demokrat - Kaliforniya), Qeyb Amo (Demokrat - İlinoys), Coys Bitti (Demokrat - Ohayo), Cim Kosta (Demokrat - Kaliforniya), Coş Qottaymer (Demokrat - Cersi), Duq LaMalfa (Respublikaçı - Kaliforniya), Set Magaziner (Demokrat - İllinoys), Ceyms MakQovern (Demokrat - Massaçusets), Qreys Menq (Demokrat - Nyu York), Kevin Mullin (Demokrat - Kaliforniya), Qreys Napolitano (Demokrat - Kaliforniya), Eleanor Holms Norton (Demokrat - Kolumbiya), Yan Schakovski (Demokrat -İllinoys.), Linda Sanchez (Demokrat -Kaliforniya.), Bred Şerman (Demokrat - Kaliforniya), Dina Titus (Demokrat - Nevada.) və Lori Trahan (Demokrat - Massaçusets.).