Almatıda KTMT müdafiə nazirlərinin iclası keçirilir, Ermənistan qatılmayıb
31 May 2024
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirlərinin Almatıda keçirilən iclasında iştirak etmir.
Bu barədə təşkilatın katibliyindən bildirilib.
“Lakin görüşdə qəbul edilən qərarlara etiraz bildirməyəcək”. – məlumatda vurğulanır.
Qeyd edək ki, hazırda Almatıda KTMT müdafiə nazirlərinin görüşü baş tutur. Görüşdə Qazaxıstan, Rusiya, Belarus Qırğızıstan və Tacikistan müdafiə nazirliklərinin rəhbərləri iştirak edir.