Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniya prezidenti: Orta Dəhliz layihəsinə böyük əhəmiyyət veririk

Almaniya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM - Orta Dəhliz) layihəsinə böyük əhəmiyyət verir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bildirib.

Onun sözlərinə görə, Azərbaycan mühüm ticarət yollarının kəsişdiyi bir haba çevrilib:

"Berlin nəqliyyat sahəsində əməkdaşlığın inkişafının tərəfdarıdır. Azərbaycan Mərkəzi Asiya, Uzaq Şərq və Çinlə nəqliyyat əlaqələrimizin inkişafında mühüm rol oynaya bilər. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün vacib layihədir".

F.Ştaynmayer, həmçinin vurğulayıb ki, Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik regionun iqtisadi inkişafına daha böyük təkan verəcək.