Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniya kansleri: “Putin Rusiyada demokratiyadan qorxur”

Rusiya prezidenti Vladimir Putin demokratiya qığılcımının onun ölkəsinə sıçraya biləcəyindən ehtiyatlanır. Almaniya kansleri Olaf Şolts bu fikirdədir.

“Reuters” bildirir ki, Olaf Şolts iyunun 20-si alman mətbuatına müsahibəsində deyib: “Rusiya prezidenti onun qonşuluğunda günü-gündən bir-birinə daha da yaxınlaşan hüquqi demokratik dövlətlərin olması həqiqəti ilə barışmalıdır. Açıq-aydın görünür ki, Putin demokartiya qığılcımının Rusiyaya da sıçraya biləcəyindən ehtiyat edir”.

1958-ci il təvəllüdlü Olaf Şolts 2021-ci ilin dekabrından Almaniyanın kansleridir. O, Sosial Demokrat Partiyasının təmsilçisi kimi bu posta seçilib. Parlament idarə üsullu Almaniyada kansler hökumət başçısı sayılır.

1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da Rusiyanın baş naziri təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012 və 2018-ci illərdə prezident seçilib. Onun növbəti iki prezident seçkisinə də qatılmaq, 2036-cı ilə qədər postda qalmaq hüququ var.