Logo
news content
User
Kateqoriyalar

Xəbər

Alınmadı - İranda qadın prezidentliyə iddiaçı seçkilərdən geri çəkildi

İranda prezidentliyə ilk qadın namizəd Zöhra İlahian növbədənkənar prezident seçkilərində iştirak etməmək qərarına gəlib.

Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

“Namizədlikdən geri çəkildiyimi bəyan edirəm”, – İslam Şurası Məclisinin sabiq üzvü bildirib.

Eyni zamanda, İlahian seçkilərdə “inqilabi cəbhədə birliyi qorumaq üçün qadın ictimaiyyətini maksimum iştiraka” çağırıb.

Xatırladaq ki, iyunun 1-də İran tarixində ilk dəfə qadın prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.