Logo
news content
User
Kateqoriyalar

Xəbər

Akşener erasının sonu - Daha İYİ Partiya sədri olmayacaq

Meral Akşener İYİ Partiyanın sədrliyinə namizədliyini verməyəcək.

“NTV” xəbər verir ki, o, bu barədə özü məlumat verib.

O, partiyanın Fövqəladə Baş Assambleyasında namizədliyini irəli sürməyəcək.

Siyasətçi qərarının səbəbini tam açıqlamasa da, sadəcə bunu deyib:

“Biz bu qurultayda 2028-ci ildə keçiriləcək prezident seçkiləri üçün “yol xəritə"mizi müəyyənləşdirəcəyik. Mən elan edirəm ki, daha partiya sədrliyinə namizədliyimi verməyəcəm”.

Qeyd edək ki, qurultay aprelin 27-də keçiriləcək.

Xatırladaq ki, M.Akşener 2023-cü il iyunun 24-də İYİ Partiyanın sədri seçilib. Müxalif siyasətçi sonuncu parlament seçkilərində 10 faizə yaxın səs toplayıb.