Logo
news content
User
Kateqoriyalar

Xəbər

Akif Nağı partiya təsis etdi

Bu gün Qarabağ Azadlıq Təşkilatının 6-cı (yenidən təşkil) qurultayı keçirilib. 

Qurultayda Azad Vətən Partiyası təsis edilib.

"Qarabağ Azadlıq Təşkilatının yenidən təşkilinə dair" məruzə ilə çıxış edən Akif Nağı yeni partiyanın QAT-ın varisi olaraq yaradıldığını qeyd edib.

Daha sonra qurultayda səsvermə yolu ilə partiyanın sədri Akif Nağı seçilib. Partiyanın siyasi şurasının sədri isə Novruz Novruzov olub.