Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
17 İyun 2024
İyunun 17-də Avropa İttifaqı Şurası Krımın ilhaqına görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların 23 iyun 2025-ci il tarixinə qədər uzadılması barədə qərar verib.
Hazırda qüvvədə olan məhdudlaşdırıcı tədbirlər 2014-cü ilin iyununda tətbiq edilib və Krımdan Aİ-yə məhsul idxalına, habelə Krımdan istənilən investisiyalara qadağanı ehtiva edir. Bundan başqa, nəqliyyat, telekommunikasiyalar və energetika, habelə kəşfiyyat, neft, qaz və mineral resursların hasilatı sahəsində Krım şirkətlərinə müəyyən məhsul və texnologiyaların ixracına Aİ-nin məhdudiyyətləri tətbiq olunur.
Aİ Krımın Rusiya tərəfindən qanunsuz ilhaqını qəbul etmir və beynəlxalq hüququn pozuntusu kimi pisləməyə davam edir.