Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Aİ-92” markalı benzin və dizelin qiyməti qaldırılır

Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddiaya görə, qiymət artımı çox olmayacaq. Amma artımın konkret nə qədər olacağı barədə heç bir xəbər verilmir. 

Həmçinin vurğulanır ki, “Aİ-92” markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.

Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.