Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağdərə mülki şəxs minaya düşüb

Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.

Hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.

Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb. Minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib. Hüseynovun sol ayağının pəncəsi və ayağın ağaşı hissəsinin çox saylı qəlpə yaraları alıb. Yaralının Bərdə mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.