Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağdamda mina partlaması nəticəsində iki nəfər xəsarət alıb

Ağdam rayonunda mina partlaması nəticəsində iki nəfər xəsarət alıb. Bu barədə DİN, Baş Prokurorluq və ANAMA-nın (Minatəmizləmə Agentliyi) birgə məlumatında deyilir.

Hadisə aprelin 12-də işğaldan azad edilmiş Ağdam rayonunun Əliağalı kəndinin ərazisində, keçmiş təmas xəttinin yaxınlığında baş verib.

Press-relizə əsasən, Bağırov Mirfəttah Bağır oğlu (1965) və Teymurov Xaqani Allahverdi oğlu (1973) minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.