Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağ Evdən Ukrayna açıqlaması: "Zelenski də deyəcək ki, indi bunun vaxtı deyil”

“Ukraynadakı münaqişənin nizamlanmasının vaxtı hələ çatmayıb”.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski qələbənin hansı şərtlərlə müəyyən olunacağına qərar verə bilər.

“Biz onun döyüş meydanında, danışıqlar masasında uğur qazanacağına əmin olmağa davam edəcəyik. Amma hətta prezident Zelenski də sizə deyəcək ki, indi bu müzakirələrin vaxtı deyil”.

Kirbi həmçinin bildirib ki, Rusiya danışıqlara maraq göstərmir.