Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağ Ev Ərdoğanı dəstəkləyən bəyanat gəldi

Ağ Ev Ukrayna taxılının çıxarılması üçün aparılan danışıqların nəticə verəcəyinə ümid etdiyini və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərini alqışladığını açıqlayıb.

Bu haqda Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi açıqlama verib.

O, bu gün İranda Türkiyə, İran və Rusiya arasında aparılan danışıqlarla bağlı suala, “Gündəmdə nə olduğunu bilmirəm. Türkiyə, Rusiya və Ukrayna arasında taxıl ixracı üzrə davam edən danışıqlara əhəmiyyət veririk” bildirib.

Ukrayna taxılının beynəlxalq bazarlara çatdırılması ilə bağlı aparılan danışıqların nəticə verəcəyinə ümidli olduqlarını bildirən Kirbi, “Təbii ki, cənab Ərdoğanın rəhbərliyindən məmnunuq. Prezident Co Bayden də buna görə ona təşəkkür etdi”, qeyd edib.