
Ağ Ev: ABŞ və İranın Oman görüşü faydalı nəticəyə doğru addım idi
13 Aprel 2025
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında Omanda birbaşa danışıqlar qarşılıqlı faydalı nəticəyə doğru bir addım idi.
Bu barədə Ağ Evin bəyanatında deyilir.
"Xüsusi elçi Uitkoff nazir Əraqçiyə Trampın iki ölkə arasındakı fikir ayrılıqlarını mümkün dialoq və diplomatiya yolu ilə həll etmək üçün göstərişlərinin olduğunu deyib. Bu məsələlər çox mürəkkəbdir", - məlumatda deyilir.
Qeyd edək ki, dünən Omanın vasitəçiliyi ilə Maskatda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Tərəflər İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində Tehrana qarşı sanksiyaların yumşaldılmasını müzakirə ediblər.