Abzas Media-nın direktoru saxlanılıb, ofisdə axtarış aparılır - VİDEO
20 Noyabr 2023
Bazar ertəsi səhər saatlarında Abzas onlayn nəşrinin direktoru Ülvi Həsənli yoxa çıxıb. Həmkarları onun saxlanıldığını ehtimal edirlər.
Nəşrin baş redaktoru Sevinc Vaqifqızının Turan-a verdiyi məlumata görə, Həsənlinin bu gecə xaricə uçuşu olmalı idi, amma o, təyyarəyə minməyib: "Səhər saat 4:30-da evdən çıxıb, hava limanına yollanıb, amma təyyarəyə minməyib. Onun hava limanında saxlandığını ehtimal edirəm".
S.Vaqifqızı qeyd edib ki, ehtimal edilən həbsin səbəbi Ülvi Həsənlinin peşə fəaliyyəti, xüsusən Abzas Media-nın yüksək vəzifəli məmurların ailə üzvlərinin biznesi haqqında araşdırmalarıdır.
DİN-dən şərh almaq mümkün olmayıb. Lakin vəkil Zibeydə Sadıqova Turan-a bildirib ki, Ülvi Həsənli saxlanılıb və Bakı Şəhər Baş Polis İdarəsindədir. Onun nədə ittiham olunduğu hələlik məlum deyil.
Bazar ertəsi səhər saatlarında isə polis Abzas Media nəşrinin (Abzas.org) ofisində axtarışa başlayıb.
KİV nümayəndələri ofisə buraxılmır, polis nəşrin əməkdaşlarının da ofisə girməsinə icazə vermir. Vəkil Zibeydə Sadıqova ofisdədir.

Göründüyü qədər, hakimiyyət xarici maliyyələşmə dəlilləri axtarır - bu, tənqidçi KİV-lərə qarşı irəli sürülən ənənəvi ittihamdır. Eyni zamanda, hakimiyyət jurnalistləri vergilərdən yayınma, dələduzluq və digər iqtisadi cinayətlərdə ittiham etmək üçün bəhanə axtarır.
* AbzasMedia 2016-cı ildə bir qrup vətəndaş cəmiyyəti fəalı tərəfindən yaradılıb. Nəşrlərində korrupsiya və hüquq pozuntularının araşdırılması əhəmiyyətli yer tutur. (Turan)
[video width="1280" height="720" mp4="http://pressklub.az/wp-content/uploads/2023/11/9edf022f-b8f9-4481-881b-dc2ee66354ae.mp4"][/video]