Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ vətəndaş müharibəsi ilə üzləşə bilər

Amerikada sorğuda iştirak edən seçicilərin 41%-i bildirib ki, ölkə yaxın 5 ildə daha bir vətəndaş müharibəsi ilə üzləşə bilər.

Bunu “Rasmussen Reports” tədqiqat təşkilatının dərc etdiyi sorğunun nəticələri sübut edir.

Respondentlərin 16%-i belə bir ssenarini ehtimal hesab edir, 49%-i yaxın 5 ildə vətəndaş müharibəsinin baş verməyəcəyinə inanır, 10%-i isə suala cavab verə bilməyib.

Sorğu iştirakçılarına noyabrda keçiriləcək prezident seçkilərində kimin - ABŞ-ın indiki prezidenti Co Baydenin və ya onun sələfi Donald Trampın qalib gələcəyi soruşulub.

Respondentlərin 37% bildirib ki, hazırkı dövlət başçısı Cozef Bayden qalib gəlsə, ölkədə daxili münaqişə çox güman ki, baş verəcək. Tramp haqqında sorğuda iştirak edənlərin 25%-i bu fikirdədir.

Sorğunun nəticələrinin statistik səhvi üç faiz bəndidir. Tədqiqat 21-23 aprel tarixlərində aparılıb. Sualları ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək niyyətində olan 1,1 mindən çox insan cavablandırıb. (Report)