ABŞ və Rusiya Ukrayna ilə bağlı üç mərhələli sülh planı üzərində düşünürlər
19 Fevral 2025
Rusiya və ABŞ atəşkəs, Ukraynada seçkilər və daha sonra yekun razılaşmadan ibarət üç mərhələli sülh planı təklif edir.
Bu barədə ABŞ-nin “Fox News” kanalı məlumat yayıb.
Bildirilib ki, Moskva və Vaşinqton Ukraynada seçkilərin keçirilməsini uğurlu nizamlanma prosesinin əsas şərtlərindən biri hesab edir.