Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ və Britaniya Yaxın Şərqə əlaə qüvvələr əlavə döyüş təyyarələri yerləşdirirlər

Pentaqon İsrail və İran arasında qarşılıqlı raket zərbələrinə görə Yaxın Şərqə əlavə qırıcı təyyarələr yerləşdirir.

Bu barədə “Reuters” məlumat yayıb.

Amerika rəsmiləri arasındakı mənbələrə görə, bu, xüsusilə “F-16”, “F-22” və “F-35” təyyarələrinə aiddir. Yerləşdirmənin müdafiə məqsədilə həyata keçirildiyi qeyd edilib. Pentaqon hələlik bu məlumatı təsdiqləməyib.

Öz növbəsində Böyük Britaniya da Yaxın Şərqdəki hərbi bazalarına əlavə döyüş təyyarələri yerləşdirməyə başlayıb.

“Independent” verir ki, bu barədə ölkənin müdafiə naziri Con Hili bildirib.

Məlumata görə, artıq təyyarələrin birinci qrupu müvafiq əraziyə çatıb.