Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynaya "ağıllı bomba" kompleksləri verməyi planlaşdırır

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya idarə olunmayan təyyarə sursatlarını “ağıllı bomba"lara çevirən qabaqcıl elektron avadanlıq göndərməyi planlaşdırır.

Bu barədə ABŞ-ın "The Washington Post" nəşri yazıb.

Bildirilib ki, bu silah Rusiyanın hərbi mövqelərini yüksək dəqiqliklə vura bilər.

Məlumata görə, ABŞ ordusu əvvəllər bu texnologiyadan çəkisi 900 kq-a qədər olan hava bombaları üçün istifadə edib.

Vurğulanıb ki, “ağıllı bombalar”ın Ukraynaya çatdırılması Rusiya qüvvələrinin hücumlarının dəf edilməsində mühüm rol oynaya bilər.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də tammiqyaslı işğalın başlanmasından bu günədək ABŞ Ukraynaya təxminən 20 milyard dollar dəyərində təhlükəsizlik yardımı göstərib.