Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukrayna ilə razılığa gəlib: Saziş imzalanacaq

ABŞ Ukrayna ilə mineral ehtiyatlara dair sazişlə bağlı razılığa gəlib.

“Clash Report” nəşri xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Biz faydalı qazıntılarla bağlı müqavilə üzrə razılıq əldə etmişik. Sazişi tezliklə imzalayacağıq. İndi biz ərazi haqqında danışırıq”, - Ağ Ev rəhbəri deyib.

Bundan əlavə, Tramp qeyd edib ki, ABŞ və Ukrayna arasında elektrik stansiyasının mülkiyyəti ilə bağlı danışıqlar davam edir.

Söhbətin Zaporojye AES-dən getdiyi güman edilir.