Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-Ukrayna danışıqları başa çatıb, Kiyev atəşkəs planını qəbul edib

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların müsbət və məhsuldar olduğunu bildirib.

“Ukrayna ilə danışıqlar barəsində bu gün boyunca aldığımız xəbərlər müsbət olub və görüş məhsuldar keçib”, - məlumatda bildirilib.

Ukrayna və ABŞ-nin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqlarının yekunları üzrə birgə bəyanatında isə qeyd olunur ki, Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır.

Məlumata görə, bəyanatın mətni Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında dərc olunub.

"Ukrayna ABŞ-nin Rusiya Federasiyasının qəbul edilməsi və eyni zamanda yerinə yetirilməsi şərtləri ilə tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən müvəqqəti 30 günlük atəşkəs rejiminin dərhal tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar Rusiyaya məlumat verəcək ki, Rusiya tərəfinin qarşılıqlı münasibəti sülhə nail olmaq üçün açar olacaq", - bəyanatın mətnində deyilir.