ABŞ Türkiyəyə F-16 qırıcılarının satışını təsdiq edib
06 İyun 2024
Bayden administrasiyası onlarla F-16 qırıcısı və modernləşdirmə dəstinin alınması ilə bağlı Türkiyənin müraciətini təmin edib, Turan-ın Vaşinqton müxbiri bildirib.
23 milyard dollarlıq 40 yeni F-16-nın satışı keçən ay yekun hesab edilirdi, çünki bu dəfə Konqres satışa əngəl olmayıb.
“Bu gün ABŞ Türkiyənin yeni F-16 Block 70 qırıcılarını – indiyə qədər yaradılan, yalnız yaxın müttəfiqlərə və tərəfdaşlara əlçatan olan ən müasir F-16 - almaqda böyük addım atdığını qürurla elan edir", - Dövlət Departamentinin məlumatında deyilir.
"Bu, ABŞ-ın Türkiyə ilə təhlükəsizlik sahəsində tərəfdaşlığa dəyişməz sadiqliyinin son nümunəsidir", - məlumatda deyilir.
Türkiyə təyyarələr üçün ilk dəfə üç il əvvəl müraciət edib, lakin ABŞ Ankaranın İsveçin NATO-ya daxil olmasını təqdir etməkdən imtina etməsi səbəbindən satışı təxirə salıb.