“Şuşada olmaqdan xoşbəxtəm” - deyən Libby səfərə 2 ay hazırlaşıb - VİDEO
06 May 2024
“Mən bu gün
Şuşada olmaqdan xoşbəxtəm”, - bu barədə ABŞ səfiri Mark Libby Cıdır düzündən
mayın 6 da yayımladığı videomüraciətində bildirib.
“Biz iki aya
yaxındır ki bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət ki baş
tutdu… Qonaqpərvərliyinizə görə təşəkkür edirəm… Azərbaycanın bütün bölgələrinə
səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - səfir Libby qeyd edib.
Diplomat onun
və xanımın çox səmimi qarşılandığını vurğulayıb. “Qonaqpərvərliyinizə görə
təşəkkür edirəm. Bu səfər və şəhərin öz gözlərimlə gördüyüm inkişafı məndə çox
böyük təəssürat yaratdı. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam
etdirməyi səbirsizliklə gözləyirəm.
Bu gün Şuşadan
başqa, hökumət nümayəndələri ilə görüşmək və səfirliyin həyata keçirdiyi
ingilis dili proqramlarında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçün
Füzuliyə səfər edəcəyəm.
Nə qədər ki, Azərbaycanda bizimlə işləmək istəyən tərəfdaşlarımız var, ABŞ bu ölkənin iqtisadi inkişafı və insanlarının rifahının dəstəklənməsi üçün çalışmağa davam edəcək", - ABŞ diplomatı qeyd edib.