Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ rusiyalı oliqarxın 5 milyard dollarını müsadirə edəcək

ABŞ-ın Nyu-York federal prokurorluğu rusiyalı oliqarx Konstantin Malofeyevin hesabında olan 5,3 milyard dollardan çox vəsaiti müsadirə etmək niyyətindədir.

Barədə “RBC-Ukraina”ya istinadən xəbər verir.

Malofeyev Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiya siyahısına salınıb. Aprel ayından kommersiya bankı və oliqarxla əlaqəli 40-dan çox fiziki və hüquqi şəxsdən ibarət şəbəkə sanksiyalarla üzləşib.

Vaşinqton hesab edir ki, Malofeyev Rusiya hökumətinin maraqları naminə və ya onun adından hərəkət edib.