Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycan şirkətinə sanksiya tətbiq edib

ABŞ Rusiyaya beynəlxalq hərbi texnika tədarükü ilə bağlı 300-ə yaxın yeni sanksiyanı açıqlayıb.

Bu barədə Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

Sanksiyalar Moskvanın hərbi komponentlər əldə etməsinə kömək edən üçüncü ölkələrdəki şirkətlərə və şəxslərə şamil olunub, bu barədə ABŞ Maliyyə Nazirliyinin press-relizində deyilir.

Bu ölkələr arasında Belçika, Çin, Slovakiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri, həmçinin Azərbaycan var.

Maliyyə Nazirliyinin press-relizində Yevgeni və Cahangir Əliyevlərin adı çəkilir.

"Yevgeni Əliyev bir sıra şirkətlərə nəzarət edən və rus hərbiçiləri ilə sıx əlaqələri olan satınalmalar üzə agentdir. Onun şəbəkəsinə "Lahıc Energy" Məhdud Məsuliyyətli Cəmiyyəti, GMM FZE və GMM Management, DMCC (GMM Managemenet) daxildir", - deyə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

"Lahıc Energy" 2023-cü ildə Rusiyanın ABŞ-ın sanksiyalarına məruz qalmış texnologiya istehsalçılarının adından biznes həyata keçirməyə çalışan Azərbaycan şirkətidir.

GMM FZE və GMM Management BƏƏ-də yerləşən şirkətlərdir. Cahangir Yevgeni oğlu Əliyev (Cahangir Əliyev) “Lahıc Energy” şirkətinin direktoru və Yevgeni Əliyevin oğludur.

Yevgeni Əliyev Rusiyanın hərbi-sənaye kompleksi ilə işləyib, deyə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.