ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
07 May 2026
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə İran bayrağı altında üzən Hasna neft tankerini Oman körfəzindəki İran limanına doğru hərəkət edərkən sıradan çıxarıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında bildirilir.
"ABŞ qüvvələri dəfələrlə xəbərdarlıq edib və İran bayrağı altında üzən gəmiyə blokadanı pozması barədə məlumat verib. Gəmi dəfələrlə edilən xəbərdarlıqlara əməl etmədikdən sonra, "Abraham Lincoln" təyyarədaşıyan gəmisindən qalxan "F/A-18 Super Hornet" qırıcı təyyarəsi 20 millimetrlik bir neçə mərmi atıb və bu mərmi gəminin idarəetmə sistemlərini sıradan çıxarıb", - deyə məlumatda qeyd olunub.
CENTCOM-un məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri 13 apreldə başlayan blokadadan bəri 52 ticarət gəmisini geri qaytarıb.