Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Qarabağ separatçılarına yardım ayıracaq?

ABŞ 2023-cü ildə Ermənistana 60 milyon dollar maliyyə yardımı ayıracaq, daha 2 milyon dolların isə Qarabağ separatçılarına verilməsi planlaşdırılır.

Bu barədə Amerika Erməni Assambleyasının məlumatında bildirilib.

Bununla bağlı qanun layihəsi ABŞ Nümayəndələr Palatasının Xarici Təxsisatlar Komitəsi tərəfindən irəli sürülüb.

Ermənistana yardım iqtisadi inkişafa, özəl sektorun məhsuldarlığına, enerji müstəqilliyinə, demokratiyaya və qanunun aliliyinə yönələcək.

“Komitənin tövsiyəsinə Qarabağda minatəmizləmə fəaliyyətləri üçün ən azı 2 milyon dollar daxildir... Komitə Qarabağdakı münaqişənin humanitar təsiri, sağlamlıq və digər insan ehtiyacları, mənzil, ərzaq təhlükəsizliyi, su və kanalizasiya sahələrində yaranan problemlərdən narahatdır” – məlumatda deyilir.