ABŞ Prezidenti İranla danışıqların bərpası üçün şərtini açıqlayıb
31 İyul 2026
ABŞ Prezidenti Donald Tramp İran atəşkəsə razılıq verəcəyi təqdirdə Tehranla sülh danışıqlarına şans verməyə hazırdır.
Bu barədə "New York Post" qəzeti məlumat verir.
Nəşrin mənbəsinin sözlərinə görə, atəşkəs danışıqların başlanması üçün əsas şərtdir və ilk addımı İran atmalıdır.
Qəzetin həmsöhbəti bildirib ki, Tramp mümkün qədər tez razılaşma əldə etməyə ümid edir. Bununla yanaşı, o xəbərdarlıq edib ki, İran Fars körfəzində gəmilərə, ABŞ hərbi bazalarına və Vaşinqtonun müttəfiqlərinə hücumları davam etdirəcəyi təqdirdə, Tehran bunun bədəlini ödəməli olacaq.
"New York Post"un məlumatına görə, tərəflər texniki məsləhətləşmələri davam etdirir və vasitəçilər vasitəsilə əlaqə saxlayırlar.