Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ oliqarxların 30 milyardını dondurdu, Britaniya 2 rus miyarderi hədəf alıb

ABŞ rusiyalı oliqarxların 30 milyard dollarlıq aktivlərinin dondurulduğunu açıqlayıb.

Bu haqda ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, REPO İşçi Qrupunun ilk 100 günündə sanksiyaya məruz qalan rus oliqarxlarına məxsus 30 milyard dollarlıq aktivlər bloklanıb və ya dondurulub.

Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollarlıq aktivlərinin dondurulduğu bildirilən açıqlamada, sanksiyaya məruz qalan ruslara məxsus yaxtalara və lüks daşınmaz əmlaka da həbs qoyulduğu qeyd edilib.

Böyük Britaniya isə rusiyalı iş adamları Vladimir Potanin və Mixail Qutseriyevə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına Kemerovo vilayətinin qubernatoru Sergey Sivilev də daxil edilib.

Mayın 19-da “İnterros” holdinqinin sahibi Vladimir Potanin “yüz milyonlarla dollara” “Tinkoff Bank”da pay sahibi olduğunu bəyan edib.

Potanin həmçinin qeyd edib ki, bankın təsisçisi Oleq Tinkovun aktivin “qəpik-quruşa” satıldığı iddiaları ilə razı deyil.

“İnterros”un sahibi vurğulayıb ki, razılaşmanın məbləği onun üçün kifayət qədər böyük olub və bunu “qəpik-quruş” adlandırmaq olmaz.