Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-nin energetika naziri: Dizel bazarında vəziyyət gərgindir

Bir sıra iri regionlardan tədarükdə yaranan fasilələr fonunda dünya dizel yanacağı bazarında vəziyyət gərgin olaraq qalır.

"Reuters"in verdiyi məlumata görə, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.

Onun sözlərinə görə, bazar Rusiya, Yaxın Şərq ölkələri və Çindən dizel yanacağı tədarükünün azalması ilə üzləşib. Eyni zamanda ABŞ-nin neft emalı zavodları rekord dərəcədə yüksək yüklənmə səviyyəsində işləyir.

Rayt qeyd edib ki, yaxın vaxtlarda Avropadan bazara əlavə dizel yanacağı həcmlərinin daxil olması gözlənilir. Bu da qiymətlərin aşağı düşməsinə kömək etməlidir.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın administrasiyası Almaniya və Fransanı dünya bazarında təklifi artırmaq üçün strateji dizel yanacağı ehtiyatlarını işə salmağa çağırıb. "Reuters"in məlumatına görə, Vaşinqton Avropa İttifaqından altı ay ərzində 120 milyon barel dizelin sərbəst buraxılmasını istəyib.