ABŞ Lavrova qarşı sanksiyaları ləğvi edə bilər
19 Fevral 2025
ABŞ Dövlət katibi Marko Rubio gələcəkdə Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı birtərəfli sanksiyaların ləğvi ehtimalını istisna etməyib.
TASS xəbər verir ki, bu barədə Rubio Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş Rusiya-ABŞ danışıqlarının yekununda bildirib.
“Biz hələ ki, danışıqların o səviyyəsində deyilik. Amma, əlbəttə müzakirə edilməli olan bir sıra mövzular var”, - o, mətbuat konfransında Vaşinqtonun gələcək addımlarının Lavrova qarşı sanksiyaların ləğvini əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Rubio vurğulayıb ki, hələ prosesə başlamayıblar, ilkin razılıq isə əldə olunub.