Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Konqresi Rusiyanı “terrorizmin sponsoru” kimi tanıya bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Dövlət Departamentindən Rusiyanı rəsmi olaraq “terrorizmin sponsoru” kimi tanımasını tələb edib, əks halda bu qərarı Konqresdən keçirəcəyi ilə hədələyib.

Bu barədə “Kommersant” məlumat yayıb.

Bildirilib ki, ölkəyə belə bir statusun verilməsi, Rusiya ilə ABŞ arasında qalan əlaqələrin də tamamilə dondurulması deməkdir. Kreml Konqresin bu təşəbbüsünə mənfi reaksiya göstərib. Ehtimal var ki, bu təşəbbüs həqiqətən də təsdiqlənəcək.