ABŞ kəşfiyyatı: İran blokadaya üç-dörd ay davam gətirə bilər
08 May 2026
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) analitiklərinin fikrincə İran hər hansı ciddi iqtisadi çətinliklərlə qarşılaşmazdan əvvəl ən azı üç-dörd ay ABŞ-ın blokadasına davam gətirə bilər.
Bu barədə “The Washington Post“ məlumat verib.
Məqalədə məsələ ilə bağlı hazırlanmış hesabatın artıq ABŞ administrasiyasına təqdim olunduğu bildirilir.
"Sənədlə tanış olan dörd nəfərin sözlərinə görə, MKİ-nin bu həftə administrasiya rəsmilərinə təqdim etdiyi təhlili, İranın daha ciddi iqtisadi çətinliklərlə qarşılaşmazdan əvvəl ən azı üç-dörd ay ABŞ dəniz blokadasına davam gətirə biləcək", - məqalədə deyilir.