Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-Kanada sərhədində terror: Körpüdə partlayış olub, ölənlər var

Nyu-Yorkda ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki körpü Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb, ölənlər var.

Bu barədə “ABC News” məlumat yayıb.

Qeyd edilir ki, körpü ABŞ-a gedən avtomobilin iştirakı ilə baş verən insident səbəbindən hər iki istiqamətdə bağlanıb. İnsident Nyu-Yorka gedən “Mercedes Benz” markalı avtomobildə baş verib.

Həmçinin bildirilir ki, hadisə zamanı avtomobildə azı bir nəfər olub, o, partlayışdan əvvəl saxlanılıb.

Nyu-York qubernatoru Keti Xoukul vəziyyəti yaxından izlədiyini söyləyib. Digər mətbuat orqanları isə bildiriblər ki, hadisə zamanı azı 2 nəfər ölüb. Onların avtomobilin sərnişinləri olduqları bidirilir.

ABŞ-ın Federal Təhqiqat Bürosu hadisə yerində bomba yüklü avtomobillə bağlı araşdırma aparır.