Logo
news content
User
Kateqoriyalar

Xəbər

İraqda qəzaya uğrayan təyyarədəki 6 hərbçinin hamısı ölüb

ABŞ ordusunun İraqın qərbində qəzaya uğrayan “KC-135” tipli yanacaq dolduran təyyarəsinin 6 ekipaj üzvünün hamısı həlak olub.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda təyyarə qəzası nəticəsində hərbçilərin ölməsini təsdiqləyib.

Zədələnmiş bir digər “KC-135” tipli təyyarə isə İsraildə uğurla eniş edib.

Qeyd edə ki, KC-135 əsas hava yanacaqdoldurma təyyarəsidir. Təyyarə tək bir uçuşda 90 tona qədər yanacaq ötürə bilir. Bu nəhəng təyyarənin dəyəri təxminən 25 milyon dollardır.

Pentaqon təyyarənin vurulması ilə bağlı xəbərləri təkzib edib. Məlumata görə İrana qarşı əməliyyatlar zamanı itirilən dördüncü ABŞ təyyarəsidir.

***

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hərbi əməliyyat zamanı istifadə etdiyi "KC-135" yanacaq dolduran (tanker-qeyd) təyyarənin İraqın hava məkanında qəzaya uğradığını açıqlayıb.

Bu barədə komandanlığın "X" hesabında paylaşıb edilib.

"Mərkəzi Komandanlıq KC-135 tanker təyyarəsinin itkisindən xəbərdardır. Hadisə "Epik Qəzəb" əməliyyatı zamanı dost hava məkanında baş verib və xilasetmə işləri davam edir. Hadisəyə iki təyyarə cəlb olunub. Onlardan biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə təhlükəsiz yerə eniş edib. Hadisə nə düşmən, nə də dost atəşi ilə əlaqəli deyil", - deyə məlumatda qeyd olunub.

 CNN telekanalı xəbər verir ki, "KC-135 Stratotanker" yanacaq dolduran təyyarənin göyərtəsində azı 5 nəfər olub.

Adətən belə təyyarə uçuşlara 3-4 ekipaj üzvü ilə – pilot, ikinci pilot və yanacaqdoldurma operatoru ilə yola çıxır. Bəzi missiyalar əlavə ekipaj üzvləri tələb edir. Əsas funksiyasından əlavə, təyyarə həmçinin nəqliyyat təyyarəsi kimi və yaralıların təxliyəsi üçün istifadə oluna bilər.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) xilasetmə işlərinin davam etdiyini bildirərək, amerikalı hərbçilərin vəziyyətini dəqiqləşdirməyib.