Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edib

Amerika Silahlı Qüvvələri (SQ) İrana yeni zərbələr seriyası endirməyə başlayıb.

Bu barədə "Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ SQ İran ərazisinə aviazərbələr endirib.

Təxminın 3 saat davam edən əməliyyatdan sonra Amerika hərbçiləri İrana növbəti zərbələr seriyasının başa çatdırıb.

"Mərkəzi Komandanlıq dünən ABŞ qüvvələrinə qarşı raket hücumu həyata keçirmək cəhdinə cavab olaraq İrana güclü zərbələr dalğasını başa çatdırıb", - ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

CENTCOM-un məlumatına görə, Amerika hərbçiləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) onlarla obyektini, o cümlədən hərbi komanda məntəqələrini, raket və pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirildiyi yerləri, sahil müşahidə və müdafiə obyektlərini, eləcə də İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) vasitələrini vurub.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana zərbələri davam etdirmək niyyətində olduğunu bəyan edib.