Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-ın yeni səfiri Bakıya gəlib

Dekabrın 2-də axşam saatlarında ABŞ-ın yeni səfiri Mark Libbi Bakıya gəlib.

O, Azərbaycan dilində mətbuata qısa açıqlama verməklə kifayətləndi və Bakıya gəlişindən çox şad olduğunu bildirdi. “Mən öz etimadnaməmi təqdim etmək və ABŞ-Azərbaycan əlaqələrini inkişaf etdirmək və regionda davamlı sülh naminə çalışmaq üçün işə başlamagı səbirsizliklə gözləyirəm. Mən həmçinin sizin gözəl ölkənizi daha yaxşı tanımaq istəyirəm. Məni səmimiyətlə qarşıladığınız üçün təşəkkür edirəm”, - deyə Mark Libbi bildirib.

[video width="1280" height="720" mp4="http://pressklub.az/wp-content/uploads/2023/12/18c2ca9b-7991-47be-ac8e-528c11989f96.mp4"][/video]