
ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış baş verib, yaralananlar var
09 İyun 2025
ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyanın Okinava adasında yerləşən bazasında güclü partlayış baş verib.
Bu barədə "NHK" telekanalı məlumat yayıb.
Partlayış nəticəsində Yaponiya Özünümüdafiə Qüvvələrinin bir neçə hərbçisi xəsarət alıb.
Məlumata əsasən, hadisə bazanın daxilində Yaponiya hərbçilərinin nəzarətində olan bir obyektin ərazisində baş verib.
Müdafiə Nazirliyindən olan yüksək vəzifəli şəxs qeyd edib ki, hadisə təhlükəli sayılan döyüş sursatlarının utilizasiya əməliyyatı zamanı qeydə alınıb.