ABŞ hərbçiləri gəmilərin Hörmüzdən müşayiətini bərpa edib
27 May 2026
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) kommersiya gəmilərinin Hörmüz boğazından müşayiətini bərpa edib.
Bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.
Məlumata görə, 2 milyon barel neftlə yüklənmiş yunan supertankeri ABŞ HDQ-nin müşayiəti ilə Oman sahillərindəki dəniz dəhlizi ilə hərəkət edib.
Gəmi mart ayının əvvəlindən Fars körfəzində idi, hazırda isə o Hindistana üzür. Nəşrin məlumatına görə, yaxın günlərdə ABŞ hərbçiləri tanker və konteyner daşıyan gəmilər də daxil olmaqla təxminən 10 gəmiyə dəstək göstərməyi planlaşdırırlar. Bu addım may ayının əvvəlində dayandırılmış "Project Freedom" əməliyyatının yenidən bərpasına cəhd kimi qiymətləndirilir.