ABŞ dövlət katibinin müavini Azərbaycan və Ermənistana səfərə gəlib
17 Noyabr 2025
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker bu həftə Azərbaycana səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayılıb.
"Dövlət katibinin müavini Elison Huker 2025-ci il noyabrın 15-dən 21-dək Ermənistan və Azərbaycanda işgüzar səfərdə olacaq", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Elison Huker artıq Ermənistandadır.
O, İrəvanda Ermənistan rəhbərliyi ilə “Tramp marşrutu”nu və Ermənistan-Türkiyə münasibətlərini müzakirə etmək niyyətindədir.
Diplomatı Baş nazir, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və Türkiyə üzrə xüsusi nümayəndə qəbul edəcək.