Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ dövlət katibi: "NATO-da qalırıq"

ABŞ NATO-da fəal rol oynamağa davam edəcək, Vaşinqton alyansın daha güclü olmasını istəyir.

TASS-ın verdiyi xəbərə görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.

"ABŞ həmişə NATO-da fəal rol oynayıb. Prezident Donald Tramp NATO-ya qarşı deyil, o, lazımi imkanlara malik olmayan alyansa qarşıdır", - dövlət katibi bildirib.