Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Dövlət Departamentində “doğum turizmi” ilə mübarizə şöbəsi yaradılıb

ABŞ Dövlət Departamentində “doğum turizmi” ilə mübarizə şöbəsi yaradılıb.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

O bildirib ki, qurum artıq 600 vizanı ləğv edib. Yeni şöbə viza sahiblərini yoxlayacaq və ABŞ-a uşaqlarını dünyaya gətirmək və onların vətəndaşlıq əldə etməsini təmin etmək məqsədilə səfərlərlə bağlı qanunsuz sxemləri müəyyənləşdirəcək.

Qeyd edək ki, avqust ayının 7-də ABŞ Prezidenti Donald Tramp ölkədə "doğum turizmi" adlanan praktikanı qadağan edən fərman imzalayıb.